Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub

257

Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov, eləcə də Qazaxıstanın bir sıra yüksək vəzifəli şəxsləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “RoPax” tipli “Azərbaycan” gəmi-bərəsinə baş çəkiblər. Onlar Qazaxıstanın Kurık limanında gəmi ilə yaxından tanış olublar.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Kapitan Ayaz Pirmuradov gəmi-bərənin imkanları və texniki göstəriciləri barədə qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq qabiliyyətinə malikdir.

“Azərbaycan” gəmi-bərəsi bu il martın 1-də Prezident İlham Əliyev və I xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilib.