“Petrolesport” STS tipli kranlarına video nəzarət sistemi quraşdırıb. Bu, limanda kran operatorlarının görmə dairəsini və konteynerlərlə işləmə təhlükəsizliyini xeyli artıracaq.
“Seanews.az” xəbər verir ki, liman körpülərindəki altı “STS” kranının hər biri dörd kamera ilə təchiz edilib. Kranın yük arabasına iki kamera quraşdırılıb. Biri körpü zolağının çəkilişi üçün portalın ön hissəsində, digər kamera operatorun kabinəsində işləyir. Gəminin boşaldılması və yüklənməsi zamanı çəkilən kadrlar kranın kabinəsindəki ayrı bir monitorda yayımlanır və bu, operatora görə bilmədiyi yerləri də görmək imkanı verir.
“Global Ports”-un əməliyyat direktoru Mark Hidererin fikrincə, “Yüklərin hərəkətinə kameralarla nəzarət yükləmə və boşaltma əməliyyatlarının rahatlığını və təhlükəsizliyini artıracaq. Konteynerlərlə işləyərkən gəmidəki bəzi ərazilərin görünüşü məhdudlaşır və kran operatoru yalnız siqnalçıların əmrləri ilə hərəkət edə bilir. Videoçəkiliş siqnalçının köməyi olmadan operatora konteynerləri gəminin görünməyən yerlərində də yerləşdirməyə, digər konteynerlərin və avadanlıqların zədələnməsinin qarşısını almağa imkan verir.”
Kran operatorunun hərəkətlərinin kameraların yaddaşına köçürülməsi ilə baş verən hadisələrin araşdırılmasını asanlaşdıracaq. Video çəkiliş vasitəsi ilə gəminin idarə olunmasını təhlil etmək və hadisələrin qarşısını almaq üçün kran operatorlarının işini qiymətləndirmək də mümkün olacaq.