Sinqapur Gəmiçilikdə Karbonsuzlaşdırma üzrə Qlobal Mərkəz yaradıb

62

Sinqapur Dənizçilik və Liman İdarəsi Gəmiçilikdə Karbonsuzlaşdırma üzrə Qlobal Mərkəzin yaradıldığını elan edib.

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, Gəmiçilikdə Karbonsuzlaşdırma üzrə Qlobal  Mərkəz “BHP”, “BW Group”, “Eastern Pacific Shipping”, “Foundation Det Norske Veritas”, “Ocean Network Express” və “Sembcorp Marine” şirkətləri tərəfindən təsis edilib. Belə ki, bu altı tərəfdaş şirkət dəniz sənayesinin karbonsuzlaşdırılmasına keçməsinə rəhbərlik etmək niyyətindədir.

Gəmiçilikdə Karbonsuzlaşdırma üzrə Qlobal Mərkəz ətraf mühitə atılan tullantıları azaltmaq, xüsusilə karbonsuzlaşdırmanın ən yaxşı həlli yollarını tapmaq və tətbiq etmək, yeni iş imkanları yaratmaq məqsədilə əməkdaşlığa açıq olacaq.

İndiyədək 31 şirkət Mərkəzlə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Onların arasında gəmiçilik və mühəndislik şirkətləri, təsnifat cəmiyyətləri, tədqiqat mərkəzləri, sənaye birlikləri və maliyyə qurumları var.

Gəmiçilikdə Karbonsuzlaşdırma üzrə Qlobal Mərkəzə Priston Universitetinin Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Lin Lu rəhbərlik edəcək.