Bu şirkətlər işçi yığır: əmək haqqı 400 – 1500 manat – 18 VAKANSİYA

207

VAKANSİYA 1

 Agro-West DC LLC

Vakansiya: Keyfiyyət idarəetmə sistemləri üzrə menecer.
Əmək haqqı: 1500 azn
İş rejimi: Həftədə 6 gün

Vəzifəyə olan tələblər:

• Cəmiyyətin biznes prosesləri ilə bağlı yeni qaydaların hazırlanması və İSO 9001 KİS tələblərinə uyğun prosedurların tərtibinin təşkili.
• Biznes proseslərin təkmilləşdirilməsi və daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması;
• Biznes proseslərinin optimallaşdırılması üzrə işlərin aparılması;
• Cəmiyyətin struktur bölmələrində KİS üzrə sənədlərin və prosedurların, o cümlədən,təlimatların hazırlanması və razılaşdırılmasını təmin etmək;
• İSO 9001 KİS üzrə Siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasının təşkili.
• Şirkətin struktur bölmələri üzrə KPİ –ların hazırlanmasını təmin etmək.
• Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;
• Cəmiyyətin struktur bölmələrinin idarəetmə sistemi üzrə daxili auditlərin aparılması.
• Cəmiyyətin prosesləri,prosedurları,qaydalarını əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə İştirak etmək;
• Məhsuldarlıq,keyfiyyət,xərclər və vaxtın idarəedilməsi ilə bağlı iş prosesləri üzrə davamlı təhlillərin aparılması.

Namizədə olan tələblər:

• Ali təhsilli;
• Yaş həddi: 25-45.
• Bu sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
• İdarəetmə sistemləri üzrə İSO sertifikatlarına malik olması. (İSO 9001:2015);
• Azərbaycan dilini mükəmməl bilmək, İngilis və Rus dillərini bilmək arzu olunandır;
• Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
• Komandada işləmək bacarığına sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

E-mail: [email protected]

VAKANSİYA 2

Setex Group “English home”, “Levis”, ”Colin’s” “Mavi”, “Greyder” ,“Brand&Brand” və “İN Street” mağazaları üçün satış təmsilçisi (satıcı) vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri :

– Mağazanın daxilində pozitiv komanda ruhunun qorunub saxlanılması;
– Satışın effektiv həyata keçirilməsi;
– Hər zaman müştərilərə nəzakətli və gülərüz şəkildə xidmətlər göstərməsi;

Tələblər:

– Satış sahəsində müvafiq təcrübə üstünlükdür;
– Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi isə üstünlükdür.

Əmək haqqı-400/450 AZN+bonus

Namizədlərdən mövzu yerində “ Satıcı ” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 3

SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS

ŞİRKƏT HAQQINDA:

“Başak” MMC iki şirkətdən ibarətdir. “Başak Group” MMC və “Bashak Supply” MMC.

“Başak Group” MMC 2004-cü ildə təsis edilib. Şirkətimiz bir neçə iqtiqamətdə fəliyyət göstərir: inşaat materiallarının satışı, təmiri; kirəmit və metal dam örtüklərinin quraşdırılması və satışı; yerli və avropa istehsalı olan plastik və alüminium pəncərə qapı sistemlərinin quraşdırılması; modul tipli evlərin hazırlanması və təmiri.

Bashak Supply MMC 2019-cu ildə təsis edilib. Şirkətimiz müştərilərimizin ehtiyacına əsasən hər çeşitdə məhsulun satışı ilə məşğuldur. Sloqanımız: Siz istıyin-biz təmin edək!

“Başak” MMC bir çox iri miqyaslı şirkətlə tərəfdaşlıq edir: Socar, ASC, Gilan Holding, Paşa İnşaat, Park İnn, See Breeze, Azəriqaz, Azərtexnolayn, Universal MMC, Unimac MMC, AFB Bank vs.

TƏLƏBLƏR:

• Ali təhsil,
• Göstərilən vəzifə üzrə min 1-2 il təcrübə,
• Şəxsi avtomobil (amortizasiya xərclərəri qarşılanır),
• Satınalma prinsiplərini bilməli,
• Analitik düşünmə və problemləri həll etmə bacarığı,
• Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
• MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
• Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və təqdim etmə bacarığı,
• Komandada işləmə bacarığı.

İŞ ŞƏRAİTİ:

• Əmək haqqı: 700 AZN + BONUS (KPİ),
• Nahar şirkət tərəfindən verilir,
• Korporativ nömrə,
• Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105
• İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış,

Tələblərə uyğun şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

VAKANSİYA 4

Buta Construction

Hüquqşünas

Tələblər:

• Ali hüquq təhsili olmalı;
• Məhkəmələr və ya hüquq-mühafizə orqanları ilə iş sahəsi üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmalı;
• Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
• Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
• Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
• İşgüzar və məsuliyyətli olmalıdır.

Vəzifə öhdəlikləri:

• Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
• Şirkətin tərəf olduğu məhkəmələrdə nümayəndə qismində iştirak edilməsi, müvafiq sənədlərin (iddia ərizələri, etibarnamələr, vəsatətlər, etirazlar, yazılı izahatlar, apelyasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
• Şirkətin tərəf olduğu məhkəmə proseslərinin qeydiyyatının aparılması və nəzarət edilməsi;
• İcraatda olan debitor borclar, məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;
• Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş işlərin qeydiyyatının aparılması, qərarlarının icrasının təmin edilməsi üçün zəruri addımların atılması, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması;
• Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borclular və ya kollektorlar ilə müvafiq danışıqların aparılması;
• Şirkətin səlahiyyətli nümayəndəsi qismində hüquq-mühafizə orqanlarında, dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında şirkətin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
• Debitor borclar, icraatda olan məhkəmə və icra işləri, hüquq-mühafizə orqanlarının sorğuları ilə əlaqədar hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
• Şirkətin direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

CV üçün e-mail: [email protected] Hüquqşünas başlığı ilə göndərməniz xahiş olunur.

VAKANSİYA 5

Şirkət: “MASSİ” MMC
Vəzifə: SATIŞ MENECERİ

Vəzifələr:

– Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması
– Satış həcminin artırılması istiqamətində təkliflər hazırlayıb təqdim etmək
– Təşəbbüskarlıq, idarəetmə və sərbəst qərar vermə bacarığı;
– Gündəlik işi haqda hesabatların təqdim olunması
– Rəhbərlik tərəfindən verilən tapşırıqları tam və vaxtında icra etmək
– Müştərilərə avto nəqliyyatları təqdim etmək nəqliyyatlar barədə məlumat vermək
– Şirkətin xidmət və tarifləri barədə müştəriyə düzgün məlumat vermək
– Müştərilər tərəfindən verilən sualları cavablandırmaq
– Şirkətin qonaqlarına, o cümlədən müştərilərə və Rəhbərliyə buyurulan zaman çay verilməsi.

Namizədə tələblər:

– İş təcrübəsi : minimum 2 il
– Rahat və səlis nitq qabiliyyəti
– Dil bilikləri: Azərbaycan dili , Rus dili .
– Xoş görkəmə malik
– Sahə üzərində satış bacarığı olan şəxslər
– Nizam-intizamlı olmaq
– 23-35 yaş arası xanımlar
– Satış sferasında təcrübəsi olması

İş şəraiti :

– Stabil iş
– AR ƏM əsasən rəsmiləşdirmə
– Əmək haqqı – 700 azn
– İş rejimi: 09:00-dan 19:00-dək (həftədə 1 gün istirahət, qrafik üzrə)
– İş yeri: : Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus

Xahiş olunur namizəndlər CV-sini SATIŞ MENECERİ başlığı ilə [email protected] ünvanına göndərsinlər.

VAKANSİYA 6

Seaport Catering

Mühasib

Vəzifə öhdəlikləri :

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Mal material uçotu və analizi
– Sənədlərlə işləmə bacarığı;
– İstehsalat uçotunun aparılması;
– Daxili xesabatların hazırlanması
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– İş qrafiki həftə içi 5 gün(saat 09:00-dan 18:00-dək);

Namizəddən tələblər:

– Kişi namizəd
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
– Excel və 1C proqramında işləmək bacarığı
– Komandada işləmək bacarığ
– Vergi Məcəlləsini bilməli
– Məsuliyyətli və işində dəqiq
– Müstəqil işləmək bacarığı;
– Yaş : 25-45;

İş şəraiti:

– Həftə içi 6 gün (saat 09:00-dan 18:00-dək)
– Nahar şirkət tərəfindən təmin edilir
– Əmək haqqı : 600-700 AZN

Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Mühasib ” yazıb [email protected] ünvanına CV göndərməsi xahiş olunur.

VAKANSİYA 7

Qidalanma üzrə xidmət departamentinin direktoru

“Şahdağ Turizm Mərkəzi” QSC “Qidalanma üzrə xidmət departamentinin direktoru” vakansiyası üzrə namizədlərin seçimini elan edir.

Namizədə tələblər:

– Otel sahəsinin “Qidalanma və xidmət” bölməsi üzrə minimum 3 (üç) illik rəhbərlik təcrübəsi;
– Dil biliyi: Azərbaycan, Rus və İngilis dilində sərbəst yazışma və ünsiyyət qurma;
– Micros, 1C, Opera və Materials Control (MC) proqramlarında işləmə;

Əlavə imtiyazlar:

Yerləşdirmə, korporativ nömrə və otelin təklif etdiyi əyləncələrdən istifadə. Bakıdan gələn əməkdaşlar istirahət günlərində Bakıya və Bakıdan Qusara daşınma üçün nəqliyyatla təmin edilirlər. Şirkət Qusar rayonu ərazisində yerləşdiyi üçün Qusar və ətraf bölgələrdən olan namizədlərə üstünlük veriləcəkdir.

Müraciət üçün CV-ləri “Qidalanma üzrə xidmət departamentinin direktoru” başlığı altında [email protected] email ünvanına göndərə bilərsiniz.

VAKANSİYA 8

INTERNATIONAL BOKT(Bank Olmayan Kredit Təşkilatı) QSC Bakı şəhərində yerləşən filiallar üçün Kredit Mütəxəssisi və Aparıcı kredit mütəxəssisi vəzifələrinə işçi axtarışı elan edir.

Əmək haqqı yüksəkdir!!!

İş barədə məlumat

– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
– Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
– Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
– Əmək haqqı 400-800 AZN + motivasiya

Tələblər:

– Azərbaycan dili (Rus dili arzu olunandır);
– Analitik düşüncə;
– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən lombard kredit portfeli olan namizədlər qəbul olunur.

E-mail: [email protected] 

VAKANSİYA 9

Zeytun Pharmaceuticals

Auditor

Tələblər:

∙ Ali iqtisadi təhsil
∙ 2-3 ildən az olmayan audit sahəsində iş təcrübəsi (Əczaçılıq sferasında olması üstünlükdür)
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ 1C proqram üzrə bilikləri (arzuolunandı)
∙ Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
∙ Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti

Vəzifə öhdəlikləri:

∙ Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması, maliyyə direktorunun təsdiqindən sonra kassa məxaric qəbzlərinin təsdiq edilməsi
∙ Iadə olunan malların razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və 1C proqramı üzrə təsdiq edilməsi
∙ Apteklər üzrə məhsul dövriyyəsinin daxili qaydalara uyğunluğunun və 1C proqramında qeydiyyatının yoxlanılması
∙ 1C proqramında qeydiyyata alınmış məhsul siyahısının say tərkibinin və satış qiymətinin sənədlərə uyğunluğuna nəzarət edilməsi
∙ Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
∙ Anbarda mövcud olan məhsulların seriya nömrələri, adları üzrə uyğunsuzluqlarının 1C proqramında müəyyən olunması və düzgünlüyünün təmin edilməsi
∙ Referent siyahıya daxil edilmiş məhsul qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
∙ Apteklər üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak və müvafiq olaraq hesabat hazırlanması
∙ Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi

İş şəraiti:

∙ İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi)
∙ 6 günlük iş həftəsi;
∙ Nahar şirkət tərəfindən təmin olunur;
∙ Tibbi sığorta ilə təmin olunma;
∙ Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

VAKANSİYA 10

Job Title: Accountant

Role Synopsis: Pasha Construction is looking for potential candidates for the position of Accountant to Malls division of the Company. This role directly reports to the Finance Manager

E-mail: [email protected]

Key Accountabilities:

• Preparation and analytical review of financial reports (Profit and loss statement, Balance sheet, Cash flow)
• Budget preparation and performing actual vs budget analysis
• Performing month end closing
• Assemble and register accounting data
• Assist in other tasks required by the department
• Preparation of bank and cash accounting
• Other accounting tasks

Essential Education:

• University Degree in finance, accounting and/or other related business disciplines preferable

Essential Criteria:

• To have more than 2 years of relevant work experience
• Good knowledge in Azerbaijani, English, Russian (preferable)
• Good knowledge of MS Office, especially Excel

Desirable Criteria:

• Familiarity with IFRS, but not mandatory
• To have ACCA F3 certification is an advantage

Abot the Company

Pasha Construction is the foremost developer of international standard commercial and residential property in Azerbaijan. We have completed a unique array of outstanding projects in prime locations, which are notable both for their architectural excellence and the quality of their construction.

Our landmark projects have made a significant contribution to the dramatic transformation of the Baku cityscape over the last few years – particularly as many of our major projects have been prominently located on the city’s prestigious seafront boulevard.
Beyond simply creating beautiful spaces, one of our core objectives is to actively manage the completed properties to deliver an exceptional experience to our clients and their patrons. For the majority of our projects, we are closely involved throughout the full life cycle; from initial design conception through to the management of operations and maintenance post-completion. Working this way allows us to guarantee that the initial aspirations for each property are fully delivered to the client’s complete satisfaction.
Our asset management teams have been created to ensure that we have the required expertise to manage each specific property asset class to its maximum potential. We are confident that our asset management capability is not only the finest in Azerbaijan, but that our teams have been created with the depth of knowledge and international experience necessary to deliver this service to the highest global standards.

VAKANSİYA 11

Baku Electronics LTD

Merçendayzer

Vəzifə tələbləri:

– Divar üzəri və ada stendlərinin, POS materialların (qiymət etiketləri, vobler, afişalar, rolap və s.) quraşdırılması, dəyişdirməsi və ümumi görünüşə nəzarət edilməsi;
– Ticarət avadanlıqlarında malların düzgün şəkildə yerləşdirilməsinin təşkil edilməsi;
– Satış nöqtələrinə müntəzəm baxış keçirtmək və satıcıların xidmət keyfiyyətinin yoxlanılması;
– Bu sahələr üzrə FAQ hazırlanması və satış məsləhətçilərinin təlimatlandırılması;
– Mağazada bütün şirkət məhsulları və reklam materiallarının mövcudluğuna nəzarət edilməsi;
– Rəqib şirkətlərin məhsul düzülşlərini araşdırılması.

Tələblər:

– Cinsi: Kişi
– Yaş: 25-35
– Təhsil: Natamam ali
– Müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi
– Diqqətli, Stressə davamlı, məsuliyyətli, punktual

Müraciət edən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına “Merçendayzer” başlığı ilə göndərə bilərlər.

VAKANSİYA 12

Agro Food Investments LLC

Risk üzrə mütəxəssis

İş təsviri:

• Qrupa daxil olan şirkət məlumatlarının risk təhlili;
• Maliyyə, bazar, əməliyyat riskləri və digərləri daxil olmaqla risk göstəricilərinin təhlili və əhatəli rəyin verilməsi;
• Müəsssisələrin risk profilinə təsir edən trendlərin və faktorların təhlili və fəaliyyət planını ilə bağlı tövsiyyələr edilməsi;
• Hesabatların vaxtında və keyfiyyətli hazırlanmasını təmin etmək;
• Verilmiş tapşırıqlara uyğun olaraq tələb olunan cari təhlillərin aparılması;
• Departamentin digər gündəlik fəaliyyəti ilə bağlı dəstək;
• Ezamiyyətlər.

Tələblər:

• Ali təhsil (Maliyyə/Bank işi və əlaqədar sahələrə üstünlük verilir);
• Risk və ya hesabat sahələrinə üstünlük verilməklə əlaqəar sahədə 1- 3 il arası təcrübə;
• Güclü analitik və problem həlli bacarıqları;
• Azərbaycan və ingilis-dili bilikləri, əlavə dil bilikləri üsünlükdür;
• MS Office proqramları üzrə mükəmməl biliklər (Excel, PowerPoint, Word);
• CFA səviyyə 1 sertifikatı əlavə üstünlükdür.

Maraqlanan namizədlər öz CV-lərini başlıqda “risk” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Son müraciət tarixi 17 avqust 2021-ci ildir. 

VAKANSİYA 13

AS Group Investment LLC

Vəzifə: Anbardar

Vəzifə öhdəlikləri

• Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlılığını, düzgün saxlanma rejimini, sənədləşdirmə, mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsini təmin etmək və nəzarət etmək;
• Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması proseslərinin qaydalara uyğun icra edilməsinə nəzarət etmək;
• Anbarda malların düzgün ardıcıllıqla və səmərəli yerləşdirilməsini təmin etmək;
• Bütün mal dövriyyəsini yalnız təstiqlənmiş sənədlər üzrə aparmaq;
• Mal və material mühasibatlığının aparılması üçün, avtomatlaşdırılmış sistemdə bütün tələb olunan məlumatları qeyd etmək;
• Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək, onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
• Sahəni tələb olunan mal və materiallarla təmin etmək;
• Anbar işçilərinin işlərinə, iş bölgülərinə, davamiyyətinə nəzarət etmək;
• Anbarın tabeçiliyində olan tərəzilərin fəaliyyətinə nəzarət etmək;
• Anbarlar üzrə təstiqlənmiş anbar prosedurlarının tələblərinə riayət edilməsinə nəzarət etmək;
• Dövri anbar sayımlarında iştirak etmək;

Tələb olunan göstəricilər:

• Sahə üzrə 3 illik iş təcrübəsi;
• İnşaat sahəsində müvafiq iş təcrübəsi arzuolunandır;
• Yaxşı səviyyədə ünsiyyətqurma və komanda tərkibində işləmək bacarığı;
• Detallara qarşı diqqətlilik, məsuliyyətlilik, operativ qərarvermə qabiliyyətl;
• 1C 8.3 proqramının Anbar modulunda işləmək bacarığı;

İş şəraiti:

• 6 günlük iş rejimi;
• İş yeri Regionlarda yerləşir;
• Yaşayış və qida təminatı şirkət tərəfindən təmin edilir;

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Anbardar”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 14

ebitor və Kreditor Hesablaşmalari üzrə Mühasib

“Şahdağ Turizm Mərkəzi” QSC “Debitor və kreditor hesablaşmaları üzrə mühasib” vakansiyası üzrə namizədlərin seçimini elan edir.

Namizədə tələblər:

• Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
• Təcrübə: Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayaraq iş stajı;
• Kompyuter biliyi: Word, Excel, 1C, Materials Control (MC), İscala və s maliyyə proqramları;
• Mövcud qanunvericiliyi bilməlidir;
• Yerləşdirmə (Mehmanxana) Sənayesi üçün Vahid Hesablama Sistemi (USALI) biliyi arzuolunandır;
• ACCA, CIMA, CPA, İFRS və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür;
• Dil biliyi: Azərbaycan, Rus, İngilis.
• Beynəlxalq otellər brendində min 2 il müvafiq sahə üzrə iş təcrübəsi (illik 20+ milyon sənəd dövriyyəsi) arzuolunandır.

Əlavə imtiyazlar:

Yerləşdirmə, korporativ nömrə və otelin təklif etdiyi əyləncələrdən istifadə. Şirkət Qusar rayonu ərazisində yerləşdiyi üçün Qusar və ətraf bölgələrdən olan namizədlərə üstünlük veriləcəkdir.

Müraciət üçün CV-ləri “ Debitor və kreditor hesablaşmaları üzrə mühasib ” başlığı altında [email protected] email ünvanına göndərə və ya aşağıdakı linkə daxil olaraq forumu doldura bilərsiniz.

VAKANSİYA 15

Alarna MMC

Бизнес-аналитик 1С

– Требуемый опыт работы: 1–3 года
– Полная занятость

АЛАРНА – современная консалтинговая компания, более 15 лет на рынке автоматизации ведения учета и разработок комплексных программных решений для производственных, ретейл и финансовых организаций.
В настоящий момент мы ищем в команду Бизнес-аналитика / Консультанта с дальнейшей возможностью профессионального и карьерного роста внутри компании.

Обязанности:

1. Взаимодействие с клиентами компании: сбор требований по разработке программных продуктов, анализ и формализация требований Заказчика, согласование функциональных требований, тестирование и сдача работ клиентам.
2. Контроль требований на всех этапах реализации. Контроль сроков разработки и своевременного информирования Заказчика о ходе работ. Обеспечение соответствия бизнес-требования выполненной реализации.
3. Управление рисками и их минимизация в работе с Заказчиками.
4. Взаимодействие с программистами (формулировка задания программисту, оценка задачи, контроль качества решения задач).
5. Анализ учетных систем клиентов, консультирование пользователей, разработка пользовательской документации, обучение пользователей.
6. Участие в тестировании (на уровне функционального тестирования) разрабатываемого требования.
7. Внедрение реализованного функционала.
8. Прохождение внутренних аттестаций и повышений квалификации.
9. Участие в разработке и развитии отраслевых решений.

Требования:

1. Высшее образование (техническое или экономическое).
2. Знание конфигураций «1С:ЕРП» приветствуется; опыт работы с системами семейства 1С.
3. Наличие сертификата 1С проф. конфигурации приветсвуется.
4. Опыт участия в проектах по внедрению/развитию автоматизированных систем в качестве аналитика приветствуется.
5. Опыт ведения/сопровождения проектов, постановки задач разработчикам, подготовки проектной документации.
6. Обязательное знание один из предметных областей: бухгалтерский учет, налоговый учет, кадровый учет, трудовой кодекс АР.
7. Высокие коммуникативные навыки.

Мы предлагаем:

1. Работа в стабильной развивающейся компании.
2. Возможность профессионального и карьерного роста. Интересные проекты.
3. Оформление согласно ТК АР.
4. Испытательный срок 3 месяца.
5. График работы: Пн – Пт с 09:00 до 18:00.

Резюме присылайте на почту: [email protected]

VAKANSİYA 16

Daxili nəzarət işçisi – “Kredit Evi” QSC

“Kredit Evi” QSC: Daxili nəzarət işçisi vakansiyası elan edir.

Daxili nəzarət işçisi üçün tələblər

• Yaş həddi: 21-30 yaş
• Cins: Qadın
• Təhsil: Ali təhsil
• İş təcrübəsi: Arzu olunandır
• Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə
• Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir.
• Bacarıqlar: Analitik düşünmə qabiliyyəti, dəqiqlik və komanda da işləmə qabiliyyəti olmalıdır.

İşin təsviri:

• Müəyyən edilmiş qaydalara uyğun olaraq filiallarda prosesləri izləyir və mövcud pozuntuları aşkarlayır
• Rəhbərliyə qaydalarla müəyyən edilmiş formada hesabatları tərtib və təqdim edir;
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Daxili nəzarət işçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

VAKANSİYA 17

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Yeni ünvanlarda fəaliyyətə başlayacaq Bizim Market mağazalar şəbəkəsi işçi qəbulu elan edir.

Mövcüd vakansiyalar aşağıdakı kimidir:

• Kassir
• Nəzarətçi
• Satıcı
• Qablaşdırıcı
• Səbətçi
• Fəhlə
• Xadimə

Filiallar:

• Neftçilər
• Bakıxanov
• 7-ci mikrorayon

İş şəraiti

• 6 günlük növbəli iş qrafiki
• Şirkət hesabına nahar
• Şirkət daxili təlim və inkişaf imkanları
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Karyera yüksəlişi imkanı

Müraciət üçün qeydiyyat linki: https://bit.ly/3idJPhT

VAKANSİYA 18

Sabah Residence MTK 

Vəzifə: Mühasib

İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

• Yerli və xarici ödənişlərin həyata keçirilməsi
• Hesab faktura E-qaimə və aktların yazılması
• Mühasibat hesabları bilməli (muxabirləşmə qurmaq üçün)
• Əmək haqqı, məzuniyyət , son haqq-hesab hesablanması
• 1C proqramında sərbəst işləmək (istehsal, ticarət)

Digər məlumat:

• Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
• Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.

Vəzifəyə dair tələblər:

• Müvafiq sahədə ali təhsil;
• Müvafiq sahədə 3 ildən çox iş
• Rus dili biliyi, İngilis dili arzu olunandir.
• Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Xahiş olunur şəkilli CV-ləri və [email protected] e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adın“Mühasib” qeyd edin.

fed.az