Türkiyədə dünyanın ən böyük canlı balıqdaşıma gəmisi inşa olunur – VİDEO

40

Türkiyədə Norveç şirkətinin sifarişi ilə dünyanın ən böyük canlı balıqdaşıma gəmisinin inşası işlərinə başlanılıb.

Gəmiyə ilk qaynağı vuran isə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank olub.

O, bu barədə sosial media hesabında paylaşım edib.

Nazir gəminin Yalovadakı “Cemre” tərsanəsində hazırlandığını da bildirib.

Qeyd edək ki, gəminin uzunluğu 110 metr, tutumu 8 min kubmetr, çəkisi isə 12 min ton olacaq.