Misir fironu Xeopsa məxsus 4600 illik gəmi yerləşdiyi ərazidən köçürülüb.
“Seanews.az” xəbər verir ki, bu barədə Misirin Turizm və Antik Əsərlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xeopsun gəmisi Giza piramidalarının yanından bu il açılacaq Böyük Misir Muzeyinə köçürülüb.
Layihənin məqsədi 20 tonluq sidr ağacından ibarət gəminin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.
Gəminin daşınması təxminən 48 saat çəkib. Gəmi xüsusi maşınla metal qəfəsdə aparılıb.
Qeyd edək ki, qədim Misirdə inşa edilmiş və 1954-cü ildə Giza piramidalarının yerləşdiyi ərazidə tapılan gəminin uzunluğu 43,6 metr, eni 5,9 metrdir.