TRACECA-nın Azərbaycan hissəsi ilə yükdaşıma azalıb

227

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 20 325,2 min ton, yük dövriyyəsi isə 4781,8 milyon ton-km olub, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,3 % və 2 % azalma müşahidə olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 11 407 min tonu və yaxud 56,1 %-i avtomobil nəqliyyatı, 6 598,6 min tonu və yaxud 32,5%- i dəmir yolu nəqliyyatı, 2 319,6 min tonu və yaxud 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,9%-ni və yaxud 4 652,6 min tonunu tranzit yüklər təşkil edib.