Sankt-Peterburqda su nəqliyyatı marşrutu işə salınıb.
“Seanews.az” xəbər verir ki, motorlu gəmilər hər gün saat 11:00-dan 19:00-dək otuz dəqiqəlik fasilə ilə sərnişinlərə xidmət göstərəcək.
Dairəvi “Nevski marşrutu” altı körpünü birləşdirir: “Petropavlovski qalası – Mıtninskaya sahili”, “Yay bağı”, “Petrovskaya sahili”, “Arsenalnaya sahili”, “Kunstkamera”, “Admirallıq”.
İctimai nəqliyyat olaraq da xidmət göstərəcək ekskursiya marşrutunun bir dairə üzrə ümumi hərəkət müddəti 1 saat 30 dəqiqədir.
Qeyd olunur ki, sərnişinlər bütün marşrut üzrə tam və ya dayanacaqlar üzrə ödəniş edə biləcəklər. Bir dayanacaq üzrə gediş haqqı 100 rubl olacaq. Bütün marşrut 700 rubla, uşaqlar üçün 500 rubla, güzəştlilər üçün 600 rubla başa gələcək. Sərnişinlər biletləri körpülərdə, Sankt-Peterburq Turist Məlumat Bürosunun pavilyonlarında, eləcə də gəmiçilik şirkətlərinin saytlarında əldə edə bilərlər.
2021-ci ilin naviqasiyası zamanı, marşrut pilot layihəsi şəklində işləyəcək, Sonra sərnişinlərin tələbatından, rəy və təkliflərindən asılı olaraq, müzakirə və inkişaf etdiriləcəkdir.