Prezident SOCAR-a iki yeni vitse-prezident təyin edib

52

Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Qeyd edək ki, K.Nəcəfov 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini hüquqşünas və tərcüməçi-referent ixtisası üzrə bitirib. O, 1998-ci ildə ABŞ-ın Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin Hüquq üzrə magistratura proqramına qəbul olub, 1999-cu ildə beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib. 2001-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə daxil olub və 2003-cü ildə Biznes inzibatçılığı (Maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib. 1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb. 1999-cu ildən 2001-ci ilədək “Baker Botts LLP” hüquq firmasının Vaşinqton və Bakı ofislərində hüquq məsləhətçisi işləyib. 2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə, 2008-2009-cu illərdə Londonda “Exane BNP Paribas” investisiya şirkətində investisiya təhlilçisi, 2009-2012-ci illərdə isə “Citigroup” İnvestisiya Bankında investisiya təhlilçisi (vitse-prezident) vəzifələrində çalışıb. 2012-2015-ci illərdə Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2020-ci il avqustun 5-dən son təyinatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsində çalışıb.