Egey dənizində gəmi batıb, 18 nəfər itkin düşüb

39

Egey dənizində, Milos adası yanxılığında göyərtəsində 18 nəfər olan gəmi batıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Yunanıstanın ERT ictimai televiziyası yayıb.

Hadisə yerinə Yunanıstan Hərbi Dəniz Qüvvələrinin sahil-mühafizə xidmətinin 3 patrul kateri göndərilib. Qəza yerində axtarış aparılır. Hələlik batan su nəqliyyat vasitəsinə yaxta, yaxud turist kateri olub-olmaması məlum deyil. Nəqliyyat vasitəsinin hansı dövlətə məxsus olduğu barədə məlumat verilməyib.