Azərbaycan əmtəəlik qaz hasilatını 11 %-dən çox artırıb

52

Bu ilin ilk yarım ilində Azərbaycanda 20 milyon 096,2 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 20 milyon 058,6 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 2,6 % (əmtəəlik 2,3 %) az olub.

Bu ilin yanvar-iyul aylarında ölkədə 24 milyard 085,4 milyon kubmetr təbii qaz hasil edilib. Bu həcmin 17 milyard 756,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin yanvar-iyul aylarında təbii qaz hasilatı illik müqayisədə 7,8 %, əmtəəlik qaz hasilatı isə 11,1 % artıb.