490 istiqamət üzrə səyahətlər təşkil edən kruiz şirkətinin sifarişi ilə tikilən layner suya buraxılıb

62

“Norveç Cruise Line” (NCL) operatorunun sifarişi ilə inşa edilən yeni “Norveç Prima” kruiz gəmisi İtaliyanın Margera zavodunda suya buraxılıb.

“Seanews.az”-ın xarici KİV-lərdən əldə etdiyi məlumata görə, gəminin gövdəsi italyan rəssam Manuel Di Rita tərəfindən dizayn edilib.

Uzunluğu 294,1 metr, ümumi tonajı 142,5 min ton və sərnişin tutumu  3215 nəfər olan laynerin 2022-ci ilin yazında sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

“Norveç Prima” sərnişinlərə dənizin üzərində havada üzmək təəssüratı verən geniş açıq göyərtəyə, yaşayış yerlərinə və iki şüşəli körpüyə malikdir. Gəmidə fərqli kulinariya müəssisələrindən fərqli menyu ilə üç açıq hava restoranı fəaliyyət göstərəcək. Sərnişinlərin əylənməsi və istirahəti üçün laynerdə hər cür şərait nəzərdə tutulub.

Gəmi 2022-ci ilin yayından etibarən Amsterdam (Hollandiya) və Kopenhagendən (Danimarka) Norveç və Baltik dənizi ilə Şimali Avropaya  səfərlər həyata keçirəcək. Daha sonra Şotland adaları, Yeni Şotlandiyadakı Halifaks ilə İslandiyanın Reykjavik şəhərində bir gecə dayanmaqla Saytremptondan Nyu-Yorka 12 günlük transatlantik səyahətə çıxacaq.

Payız və qış aylarında  laynerlə Nyu-Yorkdan Bermuda və Karib dənizinə səyahətlər təklif ediləcək.

54 il əvvəl qurulan “Norveç Cruise Line Holdings Ltd.” sərnişinlərə xüsusi səyahət xidmətləri təqdim edən yenilikçi kruiz şirkətidir. Dünyada 490 istiqamət üzrə səyahətlər təşkil edir.  

2027-ci ilin sonunadək şirkət hazırda 28 gəmidən ibarət donanmasını daha müasir 9 yeni gəmi ilə zənginləşdirəcək.