TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 6 %-dən çox azalıb

45

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 20 milyon 325,2 min ton, yük dövriyyәsi isә 4 milyard 781,8 milyon ton/km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 1 milyon 361,9 min ton və yaxud 6,3 % azdır.

Son 1 ildə yük dövriyyəsi isə 96 milyon ton/km və yaxud % azalıb.

Hesabat dövründə yüklərin 11 milyon 407 min tonu və yaxud 56,1 %-i avtomobil nəqliyyatı, 6 milyon 598,6 min tonu və ya 32,5 %-i dəmir yolu nəqliyyatı, 2 milyon 319,6 min tonu və yaxud 11,4 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,9 %-ni və yaxud 4 milyon 652,6 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 320,6 min ton və yaxud 7,4 % çoxdur.