Ukrayna Baş Prokurorluğu dəniz quldurluğu faktı ilə əlaqədar ilk dəfə Ukrayna vətəndaşına qarşı ittiham aktını məhkəməyə göndərib

44

Ukrayna Baş Prokurorluğu dəniz quldurluğu faktı ilə əlaqədar ilk dəfə Ukrayna vətəndaşına qarşı ittiham aktını məhkəməyə göndərib.

“Seanews.az” xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, 2020-ci ilin iyul ayında Ukrayna vətəndaşı, Hind okeanının qərb hissəsindəki neytral sularda 500 min dollar almaq üçün xarici təhlükəsizlik şirkətinin bir silahsız gəmisindən istifadə edərək Marşal Adaları bayrağı altında üzən başqa bir dəniz gəmisini ələ keçirib.

Heyəti isə, odlu silahdan istifadə edəcəyi ilə hədələyərək soyub. Müəyyən vəsait aldıqdan sonra gəmini idarəedilməsi mümkün olmayan vəzyyətə gətirib və tərk edib.

Bundan başqa, xarici təhlükəsizlik şirkətində işə düzəlmək üçün hərbi biletində guya Ukrayna Silahlı Qüvvələrinin zabiti olması barədə saxtakarlığa yol verib.

Şübhəli şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, cinayət işi üzrə ibtidai istintaq Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin müstəntiqləri tərəfindən aparılıb.