“Yang Ming” şirkəti konteynerlər üçün 100 milyon dollar ödəyəcək

55

Tayvanın “Yang Ming” şirkəti  yeni konteynerlərə 100 milyon dollar xərcləyəcək.

“Seanews.az”-ın xarici KİV-lərdən əldə etdiyi məlumata görə, konteynerlərin çatışmazlığı fonunda ”Yang Ming” 35-40 milyon dollar dəyərində 5.4 min soyuducu konteyner sifariş edib. Onlar Çinin “Guangdong Fuwa Equipment Manufacturing” zavodunda inşa ediləcək.

Bundan əlavə, şirkətin “Cosco Dong Fang International”-a  sifariş etdiyi 7800 yeni konteyner üçün də 50-55 milyon dollar ödəniləcək.

Şirkətdə yeni konteyner gəmilərinin alınmasının vacibliyini də qeyd edirlər. “The Loadstar” yazır: “İyul ayında, “Yang Ming” İdarə Heyətinin sabiq sədri Bronson Sie şirkətin yük artımlarının öhdəsindən gəlməsi üçün böyük gəmilərin inşasının zəruri olduğunu söyləyib. Hazırda  “Yang Ming”-ə məxsus konteynerdaşıyan ən böyük  gəmilər 14 min TEU tutumludur. Başqa sözlə, “Yang Ming” şirkəti alyansın 20 min TEU və daha böyük konteyner gəmiləri olmayan yeganə üzvüdür. “