Bakı Limanının təşəbbüsü ilə həyata keçirilən daha bir beynəlxalq təlim uğurla yekunlaşıb

221

Belçika Krallığında, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Antverp Beynəlxalq Limanının birgə həyata keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsi uğurla başa çatıb. Təlimin sonuncu günündə iştirakçılar Antverp şəhərində yerləşən Dövlət Təhlükəsizliyi və Mühafizə İnstutuna səfər edib burada müxtəlif növ yanğınların ən effektiv söndürülmə üsulları, təhlükəsizlik və sağlamlıq tədbirləri ilə tanış olub, tətbiqi üsullarını öyrəniblər. Daha sonra iştirakçılar, Antverp Beynəlxalq Limanında yerləşən “Liman Evi”-də olub, burada iştirakçıların təlimlə bağlı fikirləri öyrənilib, sualları cavablandırılıb. Daha sonra bağlanış mərasimi baş tutub və burada Azərbaycanın müxtəlif dövlət qrumlarının və özəl şirkətlərinin təhlükəsizlik məsələrindən cavabdeh olan 12 rəhbər şəxsinə, təlimi uğurla baş vurmalarına dair sertifikat təqdim edilib.

Qeyd edək ki, Bakı Limanının təşəbbüsü ilə həm ölkəmizdə yerli və xarici mütəxəssislər tərəfindən, həm də xarici ölkələrdəki tərəfdaşlarla mütəmadi olaraq müxtəlif mövzular üzrə təlimlər keçirilir.vBu layihələr barədə, limanın rəsmi sosial şəbəkə hesablarından məlumat əldə edə bilərsiniz.