Bakı Limanı növbəti dəfə “Eco Ports” sertifikatına layiq görülüb

46

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” – ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) – “EcoPorts” sertifikatı növbəti dəfə təqdim edilib. Regionda ilk dəfə olaraq hələ iki il əvvəl bu sertifaktı əldə edərək, “Yaşıl Liman” statusunu qazanan Bakı Limanının bu adı qoruyub saxlaması, ətraf mühitin qorunması üçün atılan addımlar nəticəsində mümkün olmuşdur.

Xüsusilə vurğulamaq istərdik ki, Avropada hal-hazırda bu statusa cəmi 30 liman layiq görülüb. Belə bir siyahıda Avropanın qabaqcıl limanları ilə yanaşı, Bakı Limanının da adının olması, həm regionumuz, həm də ölkəmizin uğurudur.

Qeyd edək ki, Bakı Limanı üçün ekologiyanın qorunması və inkişaf etdirilməsi əsas prioritetlərdəndir və bu istiqamətdə həm yerli, həm də beynəlxalq təşkilatlar, ekspertlərlə mütəmadi olaraq əməkdaşlıq edilir.