Meksikanın “Pemex” dəniz platformasında partlayış olub, xəsarət alanlar var

282

Meksikanın “Ku-Alfa” körfəzindəki neft platformasında şənbə günü baş verən partlayış və yanğın nəticəsində altı nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən yerli KİV bildirib.

“Syudad-del-Karmendən 100 kilometr məsafədə yerləşən “Petróleos Mexicanos” (“Pemex”) şirkətin neft platformasında partlayışın olduğu bildirilir. “Ku-Alfa” platformasında altı yaralının olduğu təsdiq edilib”, – “Tribuna Campeche” nəşri tvitterdə bildirib.

“Pemex” şirkətindən qeyd edilib ki, hadisə haqqında hələ rəsmi hesabat hazırlanmayıb.

“Ku-Alpha” dəniz platforması iri “Ku Maloob Zaap” kompleksinin tərkibində fəaliyyət göstərir. Bu, Meksikanın ən iri yataqlarından biridir. “Ku-Alpha” dəniz platformasında gündə təxminən 640 min barel ağır neft hasil edilir. Yatağın ehtiyatları 4,9

https://twitter.com/cmjimenezxto/status/1411012519653634049?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1411012519653634049%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fdiger-olkeler%2Fmeksikanin-pemex-deniz-platformasinda-partlayis-olub-xesaret-alanlar-var%2F