“Seanews.az”-ın məlumatına görə, “Marş slavyanki”(“Slavyanka yürüşü”) yük bərəsi avqustun 25-də saydan çıxarılıb və Kamışina istiqamətində hərəkətini davam etdirir.
Bərə avqustun 23-də Volqa çayında, sahildən təxminən 80 metr aralıda saya oturmuşdu. Hadisə zamanı bərədə 27 nəfər, 3 minik avtomobili və qarpızla dolu 11 yük maşını olub.
Xilasetmə işlərinə Rusiya Fövqəladə Hallar Nazirliyinin iki gəmisi də daxil olmaqla (“Kasatka” və “Kazanka”), ümumilikdə 9 texnika və 21 nəfər cəlb edilmişdi.