Rusiyanın Xəzər donanması Həştərxandan Dağıstana köçürülüb

66

Rusiyanın Xəzər donanması Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Timur İvanov bildirib.

O, Xəzər donanmasının əsas və köməkçi qüvvələrinin Həştərxandan Kaspiyskə köçürüldüyünü qeyd edib.

“İlkin mərhələdə bütün köməkçi gəmilər köçürüldü, indi isə bütün əsas gəmilər artıq oradadır”, – deyə nazir müavini vurğulayıb.