Sahibkarlıq Azərbaycanın iqtisadi inkişafı baxımından çox vacibdir – “bp”nin vitse-prezidenti

45

Sahibkarlıq fəaliyyəti Azərbaycanın iqtisadi inkişafı baxımından çox vacibdir.

Trend-in məlumatına görə, bunu “bp” şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Enactus Azerbaijan” milli çempionatının açılış mərasimində deyib.

O, ümidvar olduğunu bildirib ki, gələcəkdə “Sahibkarlıq” fənni ölkənin təhsil müəssilərində tədris olunacaq:

“Bu addım həmin istiqamətdə ilkin biliklərin əldə olunması baxımından vacibdir”.

Onun sözlərinə görə, “bp” Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir və neft-qaz sahəsində töhfəsini verir, bu isə öz növbəsində iqtisadiyyatın artım tempinə təsir göstərir.

Qeyd edək ki, “Enactus” prakitiki təlim üçün dünyada ən iri platformadır. Bu platformanın məqsədi tədris vasitəsilə lider sahibkarların və sosial novatorların yetişdirilməsidir.