“Seanews.az”-ın məlumatına görə, Nigeriya məhkəməsi heyəti ilə birlikdə “Hailufeng 11” gəmisini qaçırdığı üçün 10 dəniz quldurunu həbs cəzasına məhkum edib.
Çin balıqovu trauleri 2020-ci il mayın 14-də quldurlar tərəfindən qaçırılanda “Hailufeng 11” gəmisində 18 heyət üzvü olub. Nigeriya hərbi-dəniz donanması gəmini qaçırıldıqdan iki gün sonra Laqosdan təxminən 140 dəniz mil şimalda geri qaytara bildi. Əməliyyat Nigeriyanın “NNS Nguru” patrul gəmisi tərəfindən həyata keçirildi. Xilasetmə əməliyyatı müvəffəqiyyətli oldu və girov götürülmüş 18 dənizçinin hamısı sərbəst buraxıldı.
Xüsusi əməliyyat nəticəsində 10 quldur həbs edildi.
Məlum olduğu kimi, dəniz quldurluğu ilə əlaqədar həbs və mühakimə, dünyanın “gəmiqaçırma paytaxtı” sayılan Qərbi Afrikada nadir hadisədir. 12 illik həbs, iqtisadi cəhətdən inkişaf etməmiş Niver deltasında uzun illər cəzasız fəaliyyət göstərən nigeriyalı pirat qrupları üçün ciddi siqnaldır. Üstəlik, quldurların cəzası yalnız həbslə məhdudlaşmır, azadlıqdan məhrum edilməklə yanaşı, hər biri həm də 600 dollar ödəməlidir.