Dənizçilər üçün “təhlükəli bayraqlar”ın sayı artıb

50

“Seanews.az”-ın məlumatına görə, Beynəlxalq Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (BNF / ITF) Ədalətli Təcrübə Komitəsi, gəmilərində dənizçilərin hüquqlarının sistemli şəkildə pozulduğu “münasib” bayraqların siyahısına daha yeddi ölkəni əlavə edib.

Belə ki, əvvəl 35 dövlətin yer aldığı siyahıya Kamerun, Kuk adaları, Palau, Serra-Leone, Tanzaniya, Toqo, Sent-Kits və Nevisin adları da əlavə edilib.

Bu ölkələr qeydiyyat haqqı toplamağa meylli olsalar da, adətən istənilən öhdəlikdən yayınırlar. Siyahıya əlavə edilən ölkələrdə çox sayda qeydiyyat, ölkə ilə heç bir əlaqəsi olmayan gəmi sahibləri tərəfindən aparılır. Ucuz işçi qüvvəsi əldə etmək və vergidən yayınmaq üçün beynəlxalq hüquqdakı boşluqlardan istifadə edirlər.

Beynəlxalq Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Dənizçilər Bölməsinin sədri Devid U. Xayndel deyir: “Qeydiyyat haqqını qəbul edirlər, lakin gəmiləri idarə edən dənizçilərin rifahını təmin etmək üçün nə məqsədləri, nə də vasitələri var. “

İşləməyən bir sistemin dənizçilərə vura biləcəyi zərərin bariz nümunələrindən biri, gəmilərin sahibləri tərəfindən atılmasıdır. Bir gəmiçilik şirkəti müflisləşirsə və ya hesablarını ödəyə bilmirsə, onun heyətləri  lazım olan hər şeylə təmin etməkdə çətinlikləri yaranır. Dənizçilər, məhkəmə araşdırmaları davam etdiyi aylarda və hətta illərdə praktiki olaraq gəmidə əli-qolu bağlı adamlar kimi yaşayırlar. Bəzən heç kim onların hətta ərzaq, su kimi əsas ehtiyaclarını təmin etmək barədə belə düşünmür.

“70 ildən çoxdur ki, ITF bu ağlasığmaz sistemlə mübarizə aparır. Siyahıya adları təzə əlavə edilənlər də daxil olmaqla, bir çox “münasib” bayraq dövlətləri dənizçilərin qorunmasını nəzərdə tutan BƏT-in “Dəniz gəmiçiliyində əmək haqqında. 2006-cı il” Konvensiyasını ratifikasiya etmişlər. Amma praktiki olaraq, hətta onlara yazıb tədbir görmələrini xahiş etdiyimiz zaman belə BƏT-in “Dəniz gəmiçiliyində əmək haqqında. 2006-cı il” Konvensiyasına məhəl qoymurlar,”- deyə  ITF-in təftiş koordinatoru vurğulayıb.