Yunanıstan hərbçiləri Türkiyə balıqçılarına hücum edib

54

Egey dənizində türkiyəli balıqçıların olduğu qayıq Yunanıstan Sahil-Mühafizə Xidmətinə məxsus qayığın hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, insident Aydın vilayəti yaxınlığında qeydə alınıb.

Qeyd olunur ki, yunan hərbçilər balıqçı qayığını rezin güllələrlə atəşə tutub. Bundan başqa, qayığa daşlar da atılıb.

İnsident nəticəsində xəsarət alanın olmadığı deyilir.