Kamil Muxtarov 40 ildən çoxdur ki, dənizçilik sahəsində çalışır

57

Kamil Muxtarov 40 ildən çoxdur ki, dənizçilik sahəsində çalışır. Hazırda ASCO-nun Xəzər Dəniz Neft Donanmasına məxsus “General Əsədov” sərnişin gəmisinin kapitanı vəzifəsində işləyir. İdarə etdiyi gəmi ilə hər gün 500 neftçini uzaq neft-qaz platformalarına çatdırır və geri gətirir. Onun zəhmətkeş və məsuliyyətli olması hər zaman yüksək qiymətləndirilib.

Bir neçə il əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Kamil Muxtarov bu günlərdə “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalına layiq görülüb.

asco.az