“Təhlükəsizlik tədbirlərinə riayət etmədən heç vaxt qapalı məkana daxil olmayın!”

47

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, planlaşdırılan növbəti səfəri zamanı “GLOBAL LAKE” tankeri heyətinin 3 üzvü həlak olub.

Liberiya bayrağı altında üzən gəmi avqustun 25-də İspaniyanın Kartaxena limana istiqamət götürübmüş.

Avqustun 26-da səhər saatlarında gəmidə  faciə baş verib.

Məlum olub ki, heyət üzvlərindən biri tankı təmizləyərkən, içərisində oksigen olmayan “anoksiya çuxuruna” düşüb. Kapitan və bosmanın onu xilas etmək cəhdləri daha böyük faciə ilə nəticələnib:onlar tanka yıxılıblar. Oksigen çatışmazlığından başlarının hərləndiyi ehtimal edilir.

Digər heyət üzvləri hər üçünü yük göyərtəsinə qaldıranda heç birində həyat əlamətləri olmayıb.

Sosial şəbəkədə həlak olanlardan birini tanıyan bir dənizçi yazıb:

“Həmkarım öldü. Kursant olduğum zaman mənə necə dediyini xatırlayıram: “Təhlükəsizlik tədbirlərinə riayət etmədən heç vaxt qapalı məkana daxil olmayın!” Və illər sonra, o, məhz belə səhvə yol verməklə həyatına vida dedi. Mütləq faciə … “