Avropada təbii qazın qiyməti hərraclar zamanı yeni rekordu təzələyib, belə ki, mavi yanacağın qiyməti min kubmetr üçün 598 ABŞ dollarını keçib.
“APA-Economics”in məlumatına görə, qiymətlər Rusiyanın “Qazprom” şirkətinin sentyabr ayı üçün Ukrayna ərazisi ilə əlavə 4,3% tranzit nəql həcmlərinin sifariş etmək qərarı ilə bağlı xəbərlərlə əlaqəlidir.
Belə ki, avqustun 30-da Avropa fyuçers bazarında qazın qiyməti (min kubmetr üçün) hərracları 600 dollar civarında açıb.
Daha sonra bu göstərici 590 dollardan bir qədər artıq səviyyəsində korrektə olunub.