“Seanews.az”-ın əldə etdiyi məlumata görə, dələduzlar dənizçilərə sistem şirkətləri adından iş təklif edirlər.
Belə ki, dənizçilərə özlərini “Оman Shipping Company”-nın əməkdaşı kimi (“Oman Gəmiçilik Şirkəti”) təqdim edən fırıldaqçılardan cazibədar iş təklifləri gəlir. Bu barədə Beynəlxalq Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (ITF) “ITFShipBeSure (www.itfshipbesure.org) yeni veb saytında həyəcan siqnalı verilir.
Fırıldaqçılar crewing-office@oman-shipping.com; michael-tariq@oman-shipping.com. ünvanından göndərdikləri cəlbedici iş təklifləri ilə dənizçiləri aldatmağa çalışırlar.
Dələduzların fəaliyyətlərinin sxemi belədir: fırıldaqçılar bu və ya digər bəhanə ilə əvvəlcə müəyyən miqdarda pul köçürməyi təklif edirlər, sonra bir qədər də… Sonra…
Sonrakı peşmançılığın faydası olmur. Buna görə, “Seanews.az” bütün dənizçiləri ehtiyatlı olmağa səsləyir.