Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib

244

“Seanews.az” xəbər verir ki, dünyanın ən böyük “Ever Ace” konteyner gəmisi ilk dəfə Süveyş kanalını keçib. Həm də bunu göyərtəsindəki rekord sayda – 23.992 konteynerlə gerçəkləşdirib.

Uzunluğu 400 metr, eni 61,5 metr, maksimum yükgötürmə qabiliyyəti təxminən 235 min ton olan gəmi cari ildə suya buraxılıb və Panama bayrağı altında üzür.

Çindən Hollandiyaya üzən “Ever Ace”  mart ayında gəmisinin saya oturması altı gün Süveyş kanalının bağlanması ilə nəticələnən  “Evergreen” şirkətinə məxsusdur. 2020-ci ildə kanalın ən böyük müştərilərindən biri olan “Evergreen” şirkətinin 210 və bu ilin əvvəlindən isə artıq 145 gəmisi Süveyş kanalından keçib.  

Ənənəyə görə, kanalın ən təcrübəli iki losmanı gəminin göyərtəsinə qalxaraq ilk keçidin şərəfinə heyətə xatirə hədiyyələri təqdim edib.

“Dünyanın ən böyük konteyner gəmisinin keçidi, dənizçilər cəmiyyətinin Süveyş kanalının bu tip gəmilərin indiki və gələcək nəsillərini qəbuletmə qabiliyyətinə inamını sübut edir,”-deyə kanal administrasiyasının rəhbəri Usama Rabia bildirib.

Qeyd edək ki, 2015-ci ildə Süveyş kanalı yenidən istismara veriləndə artıq onun  ümumi uzunluğu 72 kilometrə çatdırılmışdı.