Türkiyədə ilin sonunadək insansız hərbi qayıqlar istehsal olunacaq

51

Türkiyədə insansız silahlı hərbi qayıq və insansız sualtı mühafizə qayığın hazırlanmasının bu ilin sonunadək başa çatması planlaşdırılır.

Trend-in məlumatına görə, həmin qayıqlar Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanır.

Qeyd olunur ki, qayıqlar saatda 74 kilometr sürətlə hərəkət edə biləcək.

600 dəniz mili məsafə qət etmək gücündə olacaq qayıqlar əlavə yanacağa ehtiyac duymadan 4 günə yaxın xidmət göstərə biləcək.

Silahlı hərbi qayıq ASELSAN və ROKETSAN-ın istehsalı olan raket sistemləri ilə təchiz olunacaq.