Eyni həcmdə yükləri daşımaq üçün bu gün əvvəlkindən daha çox konteyner tələb olunur

226

“Seanews.az”-ın məlumatına görə, “Hapag-Lloyd” şirkəti daha 75 min təzə konteyner sifariş edib.

Çində istehsal olunacaq konteynerlərin  sifarişçiyə bu ilin dördüncü rübündə təhvil verilməsi planlaşdırılır. “Hapag-Lloyd,  2020-ci ilin əvvəlindən ümumilikdə 625 min TEU tutumlu konteynerlər sifariş edib. 

“Normalda konteynerlərimiz 50 gün ərzində geri qayıdır, amma indi dünya limanlarında, dəniz və daxili terminallardakı sıxlığa görə 60 gün çəkir. Bu o deməkdir ki, bu gün böhrandan əvvəlki  eyni həcmdə yükü daşımaq üçün daha çox – 20% artıq konteynerə ehtiyacımız var”,-deyə  “Hapag-Lloyd” şirkətinin baş direktoru Rotf Habben Yansen bildirib.  

Hazırda 250 min TEU soyuducu konteynerlər də daxil olmaqla “Hapag-Lloyd”-un donanmasının ümumi tutumu 2,8 milyon TEU təşkil edir.