İlk sovet atom sualtı qayığı muzey eksponatına çevriləcək

42

“Seanews.az”-ın məlumatına görə, “Leninskiy Komsomol” (“Lenin komsomolu”)  atom sualtı qayığı Kronştata çatdırılacaq və burada muzey eksponatına çevriləcək.

Qeyd edək ki, “Lenin komsomolu”  keçmiş SSRİ-nin ilk, dünyanın üçüncü atom sualtı gəmisi olub.

63 yaşlı gəminin əsası 1955-ci sentyabrın 24-də Severodvinskdə qoyulub, 1957-ci il avqustun 9-da isə suya salınıb. “Lenin komsomolu”  1961-ci ildə ilk döyüş xidməti üçün Atlantikaya yola düşüb. Bir il sonra Şimal Buzlu  okeanının buzlarının altından ilk keçid edib. 1991-ci ildə gəmi Şimal Hərbi-Dəniz Donanmasının tərkibindən çıxarılıb. 2005-ci ildən “K-3” adı ilə “Nerpa” gəmiqayırma zavodunun akvatoriyasında saxlanılıb.

2010-cu ildə Rusiya Hərbi-Dəniz Qüvvələrinin baş komandanı “Lenin komsomolu”nu  (“K-3”-ü) atmamağa, tarix üçün qorumağa qərar verib.