Kür çayının hövzəsi tullantılardan təmizlənib (FOTO)

41

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinə məişət tullantılarının atılması ilə bağlı mətbuatda yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

Trend-in məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Çayın üzərindəki tullantılar əməkdaşlarımızın nəzarəti altında Mingəçevir Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Kombinata məcburi göstəriş verilib.