Uzunluğuna 32,5 metr əlavə edilən quru yük gəmisi modernləşdirildikdən sonra ilk səfərinə çıxıb

407

“Seanews.az” xəbər verir ki, 005RSD03 layihəli “Karelis-71” gəmisi 2006-cı ildə Oneqa gəmiqayırma zavodunda inşa edilmişdir.

Türkiyənin Yalova şəhərindəki “Gisan Altınova” gəmiqayırma zavodunda yeni layihə əsasında 32,5 metr uzadılmış “Karelis-71” çoxfunksiyalı quru yük gəmisi ilk səfərinə çıxıb.  

RSD03L layihəsi çərçivəsində suya 4,20 metr oturumla gəminin dedveyti  4457 tondan 6332 tona, 3.60 metrlik oturumla 3307 tondan 4803 tona çatdırılıb.

Uzunluğuna 32,5 metr əlavə edilən gəminin çəkisi 425 ton artıb. Hazırda gəminin uzunluğu 140.87 metr, eni 16.5 metr, yan hündürlüyü  5.50 metr, konteyner tutumu 324 TEU  (orijinal gəmidə 225 TEU) təşkil edir.

Gəminin uzunluq-en nisbətinin bərabər qaydada artırılması, eyni əsas mühərriklərlə yanacaq istehlakını və sürəti demək olar ki, tamamilə qorumağa imkan verib.

Modernləşmədən sonra, layihəçisi olan Dəniz Mühəndisliyi Bürosunun qəbul etdiyi təsnifata uyğun olaraq, “Karelis-71” gəmisi “Volgo-Don max” sinfinə aid edilir.