ASCO-nun əməkdaşı ürəktutmasından vəfat edib

222

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasının texniki istismar xidmətinin hamiyəçi mexaniki Səyyad Hacıyev 56 yaşında vəfat edib.

Səyyad Hacıyev 1965-ci il iyun ayının 13-də Naxçıvan MR-nın Şərur rayonunda anadan olub.

1986-ci ildə Bakı Dəniz Yolları Məktəbini, 2019-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. O həm də “Odlar Yurdu” Universitetinin də məzunu olub.

34 illik dənizçi təcrübəsi olan Səyyad Hacıyev əmək fəaliyyətinə  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu kimi başlayıb.

Sonralar 4-cü mexanik pilləsindən böyük mexanik pilləsinə qədər yüksəlib.

Səyyad Hacıyev Gəmiçilikdə işlədiyi illər ərzində ekspeditor, mühəndis, maddi-texniki təchizat xidmətində rəis müavini, donanmanın texniki istismar xidmətində rəis müavini və digər vəzifələrdə çalışıb.

Mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanan Səyyad müəllimin əziz xatirəsi iş yoldaşları arasında hər zaman ehtiramla yad olunacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarımız Səyyad Hacıyevin vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!