Rusiya hərbi gəmiqayırması Avropanı üstələyir

227

SSRİ-nin dağılmasından sonra təxminən  20 il ərzində Rusiyanın hərbi gəmiqayırma sənayesi maliyyə çatışmazlığı və ölkədə xaos səbəbindən böhran içində idi.

“Seanews.az”-ın məlumatına görə, bu barədə Fransanın “Meta-Defense” nəşrinin iki gün əvvəl dərc etdiyi yazıda deyilir.

Məqalədə vurğulanır ki, hətta nüvə sualtı qayıqlarının belə hamısının döyüş növbəsinə çıxmadığı vaxtlar olub. Əsrimizin onuncu illərində Rusiyada əhəmiyyətli dəyişikliklər başladı. Gəmiqayırma zavodları yenidən quruldu.

İndi ölkədə Hərbi-Dəniz Qüvvələri  üçün ən müasir gəmilər inşa edilir. Üstəlik, Rusiya gəmiqayırma zavodları artıq Avropa Birliyindəki bütün tərsanələrdən daha yüklüdür. Başqa sözlə,  Rusiya bu istiqamətdə bütün Qərbi Avropanı üstələyir.