Ən böyük bunker gəmisi tikiləcək

54

ABŞ-ın Viskonsin ştatının Sterjen şəhərində yerləşən “Fincantieri Bay Shipbuilding” tərsanəsində mayeləşdirilmiş təbii qaz üçün (LNG) yeni bunker qəmisi inşa edilir.

“Crowley Maritime Corporation” şirkəti “Shell NA LNG, LLC” (Shel) ilə ABŞ-da yeni tankerin inşası və istismarı üçün uzun müddətli icarə müqaviləsi imzalayıb. ”Shell” bunker gəmisi Cons qanunu çərçivəsində indiyədək inşa edilmiş ən böyük gəmi olacaq.

126.78 metr uzunluğunda gəminin çəninin yanacaq tutumu  12min kubmetrə çatacaq. Yanacağın “bortdan-borta” sürətli nəqli üçün bunker gəmisi ən müasir emal texnologiyaları ilə təchiz olunacaq.

ABŞ-ın şərq sahilindəki limanlara daxil olan gəmiləri mayeləşdirilmiş təbii qazla təmin edəcək ”Shell” bunker gəmisinin 2024-cü ildə istismara verilməsi planlaşdırılır.