Bakı Limanını Sizdə tanıyın!

65

Paytaxtdan 70 km cənubda, Ələt qəsəbəsində, nəqliyyat qovşaqlarının mərkəzində yerləşən Bakı Limanında bütün növ yüklərin aşırılması operativ şəkildə həyata keçirilir.

Ümumilikdə 400 hektarlıq sahədə inşa edilən limanın 113 hektarlıq sahəsi aktiv şəkildə istifadə edilir. Hazırda Bakı Limanında 13 terminal mövcuddur ki, onlardan ikisi, yükaşırma gücü 6.2 milyon ton olan Bərə terminalı, digər ikisi yükaşırma gücü 1.8 milyon ton olan Ro-Ro körpüsü, yeddisi isə yükaşırma gücü 7 milyon ton olan Ümumi yük körpüsüdür. Digər ikisi isə xidməti körpüdür. 2019-cu ildən Bakı Limanının inşasının 1-ci inkişaf mərhələsi başa çatdırılıb və hazırda limanda yükaşırma imkanı 15 milyon ton, konteyner aşırma imkanı isə 100 000 TEU-ya qədərdir.

Liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edirdi.

Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton, konteyner aşırma imkanı isə 500 000 TEU-ya qədər olması nəzərdə tutulur.