“Queen Elizabeth” gəmisi ilk dəfə yapon limanına daxil olub

42

Sentyabrın 4-də Böyük Britaniyanın “Queen Elizabeth” flaqman aviadaşıyıcı gəmisi ilk dəfə Yaponiyanın Tokio körfəzinin girişində yerləşən Yokosuka limanına yan alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bu, Böyük Britaniyanın aviadaşıyıcı gəmisinin Yaponiya limanlarına ilk gəlişidir.

Qeyd edilir ki, avqustun 24-də Yaponiya və Böyük Britaniya Sakit okeanda, Okinava adasından cənubda hərbi-dəniz qüvvələrinin birgə təlimlərini keçiriblər. Təlimlərdə Böyük Britaniyanın hərbi-dəniz qüvvələrinin zərbə aviadaşıyıcı qrupu “Queen Elizabeth” gəmisinin başçılığı altında iştirak edib. Yaponiya tərəfdən təlimlərə “İse” gəmisi, həmçinin Yaponiyaya və ABŞ-a məxsus 15 ədəd “F-35B” və “F-15” təyyarələri qatılıb. Təlimlər zamanı tərəflər göyərtə aviasiyasının uçuş və enmə proseslərini məşq ediblər.