“Dəniz kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilərimiz Bakıya qayıdıb

51

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 6-da hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.