Pirat hücumunu dəf edərkən iki dənizçi yaralanıb

50

Dəniz quldurları sentyabrın 5-də səhər Qvineya körfəzində “LYCAVITOS” balkerinin yanında dayanan “TAMPEN” gəmisinə hücum ediblər.

“Seanews.az”-ın məlumatına görə, üç silahlı quldur lövbərdə olan “TAMPEN”-nin göyərtəsinə qalxıb. Heyət quldurların hücumunu dəf etməyə çalışıb. Nəticədə heyətin iki üzvü yaralanıb. Onlardan biri güllə yarası alıb. Hazırda hər iki dənizçi xəstəxanadadır.

İlkin məlumata görə, heyətin bir üzvü  quldurlar tərəfindən qaçırılıb.