Ukraynanın dəniz limanlarının yük dövriyyəsi azalıb

227

Ukraynanın dəniz limanlarında yükaşırmada mənfi dinamika davam edir.

“Seanews.az” xəbər verir ki, 2021-ci ilin yanvar-avqust aylarında ölkənin dəniz limanlarında yük dövriyyəsinin həcmi 91,72 milyon ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% azdır.

İxrac yüklərinin aşırılması 13,1% – 70,2 milyon tona qədər, idxal  4,7%, 15,36 milyon tona qədər, tranzit  29,5% – 5,1 milyon tona qədər, kabotaj  41% – 1,01 milyon tona qədər azalıb.

Səkkiz ay ərzində limanlarda cəmi 24,3 milyon ton (-19,4%) filiz və 26,1 milyon ton (-16,8%) taxıl yükləri aşırılıb.

Hesabat dövründə neft məhsullarının nəqli 48% artaraq 1,19 milyon ton təşkil edib.

Ukraynanın yalnız iki limanının göstəriciləri keçən ilin yükaşırma həcmini üstələyir. İzmail limanında bu göstərici  – 2,5 milyon ton (+ 17,4%) və Ust -Dunaysk limanında 34,6 min tondur (+ 1,38%).

Olviya və Reni limanları keçən ilin göstəricilərinə demək olar ki, nail olublar. Olviyanın yük dövriyyəsi 8 ay ərzində 2,65 milyon ton (-0,4%), Reni limanının yük dövriyyəsi 586 min ton (-0,5%) təşkil edib.

2020-ci ildə Ukraynanın dəniz limanlarının yük dövriyyəsi 158,86 milyon ton olub. Bu da 2019-cu ilin göstəricisindən 0,7% azdır.