“Xəzər” Yelkənli Qayıqlar İdman klubunun uğurlu fəaliyyətinə hər zaman yaxından köməklik göstərən, yelkənçilərin dostu Fuad Kərimov vəfat edib.
Fuad Kərimov 1965-ci il avqustun 19-da Bakıda anadan olub. 1982-1985-ci illərdə Bakı Dənizçilik Məktəbində təhsil alıb. 1987-1990-cı illərdə Makarov adına Ali Dəniz Mühəndisliyi Məktəbində təhsilini davam etdirib. 1990-2014-cü illər ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) işləyib. 2004-cü ildən burada sığorta şöbəsinin rəisi vəzifəsini icra edib. 2016-cı ildən isə “CMS Properties” MMC-də layihə üzrə menecer vəzifəsində çalışırdı.
ASCO və “Xəzər” Yelkənli Qayıqlar İdman klubunun kollektivi adından Fuad Kərimovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.