Ob çayında gəmilərin hər iki istiqamətdə hərəkəti dayandırılıb

40

Sentyabrın 8-də Ob çayının 1033-cü kilometrliyində  “RT-668” teploxodu çınqıl yüklənmiş 2936 və 3010  barjları ilə saya oturub.

“Seanews.az”-ın məlumatına görə, “Sibir Yedək Şirkəti” MMC-nin “KPL-926” üzən kranı hadisə yerinə gəlib.

Hazırda gəmilərin hər iki istiqamətdə hərəkəti dayandırılıb.

Saya oturan  barj-yedək gəmi qatarı Mısova (Ob çayı) – Xantı-Mansiysk (İrtiş çayı) marşrutu ilə hərəkət edirmiş.