Dünyanın ən böyük konteynerdaşıyan gəmisi Hamburq limanına yan alıb

49

23,992 min TEU yükgötürmə qabiliyyətinə malik dünyanın ən böyük konteynerdaşıyan gəmisi  sentyabrın 8-də  Hamburq limanına yan alıb.

“Seanews.az” xəbər verir ki, Tayvanın “Evergreen Marine” gəmiçilik şirkətinə məxsus konteynerdaşıyan Cənubi Koreyanın “Samsung Heavy Industries” zavodunda inşa edilib. “Ever Ace”  iyulun sonunda gəmiqayırma zavodunu tərk edərək  Qingdao şəhərinə istiqamət götürmüşdü. Qeyd edək ki, zavod bu tip daha beş gəmi inşa etməyi planlaşdırır.

Uzunluğu 400 metr, eni 61,5 metr olan  konteynerdaşıyan “Ocean-Alliance”  kompaniyasının  Şimali Avropa və Asiya arasındakı “NEU6” marşrutu üzrə hərəkət edir. “Evergreen”-də, “NEU6”  Çin-Avropa-Aralıq dənizi marşrutu kimi tanınır. Səfər  Hamburq, Felikstou, Rotterdam, Kolombo, Tanjunq Pelepas, Qaosyun, Sindao, Şanxay, Ninbo, Taipey, Yantyan, Tandjunq Pelepas, Rotterdam, Felixstou və Hamburq limanlarına yan almaqla həyata keçirilir.     

İlk səfərində “Ever Ace”, Asiyadan  Avropaya ən çox 20 futluq standart konteyner daşıdığına görə rekorda nail olub. Gəmi 21.718 min TEU nəql edib ki, bu da  “CMA CGM Jacques Saade”-nin göstəricilərini  285 konteyner üstələyir.