Şanxay limanında ilin əvvəlindən 362 milyon ton yük aşırılıb

40

Şanxay limanının yük dövriyyəsi 2021-ci ilin yanvar-avqust aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 362 milyon tona çatıb.

“Seanews.az” xəbər verir ki,  bu dövrdə limanın konteyner ötürmə qabiliyyəti 11,3% – 30,96 milyon TEU-ya qədər artıb.

Şanxay, Çin Xalq Respublikasının dərin su və dəniz limanıdır. Limanın yük dövriyyəsi 2020-ci ildə 510,2 milyon ton təşkil edib.