Portuqaliya bayrağı altında üzən gəmidən Ukrayna vətəndaşı olan heyət üzvü yoxa çıxıb

36

Hind okeanı sularında Portuqaliya bayrağı altında üzən “KATHRIN” gəmisinin göyərtəsindən Ukrayna vətəndaşı olan heyət üzvü yoxa çıxıb.

“Seanews.az” xəbər verir ki,  həyatı və ailəni sevən sağlam, güclü bir kişinin – 1989-cu il təvəllüdlü Sergey Krivoruçkonun 2021-ci il sentyabrın 6-da müəmmalı şəkildə yoxa çıxması barədə sosial şəbəkədə həyat yoldaşı bildirib.

“Ərim Hind okeanında keçərkən gəmidən itib – bu, rəsmi məlumatdır, axtarış işləri davam edir … Hələ tapmayıblar … “ITF”, Xarici İşlər Nazirliyinə müraciət edilib… Sizdən xahiş edirəm məlumatı yayın. Bəlkə kimsə həqiqəti, əslində nə baş verdiyini bilir… “,-deyə  itkin dənizçinin həyat yoldaşı yazır.