“Maersk” maliyyə proqnozunu artırıb

139

 “A.P. Moller – Maersk A / S” kompaniyasının 2021-ci ilin ilk iki ayında maliyyə göstəriciləri gözləniləndən xeyli yüksək olub. Bu baxımdan üçüncü rüb üçün maliyyə proqnozu artırılır – indi  EBITDA-nın 7 milyard dollar, əməliyyat mənfəətinin isə 6,1 milyard dollara yaxın olacağı proqnozlaşdırılır.

“Seanews.az”-ın məlumatına görə, üvafiq olaraq, ilin ikinci yarısında və bütövlükdə 2021-ci ildə daha yüksək maliyyə göstəriciləri gözlənilir. Yeni proqnoza görə, “Maersk”-in, ili təxminən 22-23 milyard dollarla (əvvəllər 18-19 milyard dollar gözlənilirdi) və əməliyyat mənfəəti üzrə 18-19 milyard dollarla (əvvəllər 14-15 milyard dollar) başa vuracağı ehtimal olunur.

İlin sonunda sərbəst pul axınının ən az 14,5 milyard dollar olacağı proqnozlaşdırılır (bundan əvvəl ən az 11,5 milyard dollar proqnozlaşdırılırdı), 2021-2022-ci illər üçün planlaşdırılan CAPEX isə təxminən 7 milyard dollar – demək olar ki,  dəyişməz qalıb.