Kanar adalarında vulkan püskürməyə başlayıb

59

Kiçik miqnitudalı zəlzələlərdən sonra İspaniyanın Palma adasında vulkan püskürüb.
APA-nın EFE agentliyinə istinadən verdiyi məlumata görə, Kanar arxipelağına daxil olan Palma adasında vulkanın püskürməyə başlaması ilə əlaqədar 40 nəfərə qədər ada sakini ev heyvanları ilə birlikdə təhlükəsiz yerə evakuasiya edilib.
Qeyd edək ki, son zamanlar Palma adasında seysmik aktivlik artıb, yüzdən çox zəlzələ qeydə alınıb.