“Seanews.az”-ın məlumatına görə, Fransanın “CMA CGM” şirkəti , “Samsung Heavy Industries” ilə mayeləşdirilmiş təbii qazla da işləyə biləcək 7600 TEU tutumlu 6 konteynerdaşıyan gəminin inşası üçün müqavilə imzalayıb.
Müqavilənin dəyəri 717,6 milyon ABŞ dollarıdır. Bütün gəmilər 2024-cü ilin noyabr ayına qədər təhvil verilməlidir.
“CMA CGM”-nin dünyanın üçüncü ən böyük donanmasının yük tutumu, bu yaxınlarda ilk dəfə olaraq 3 milyon TEU həddini keçib. “Samsung Heavy Industries” ilə müqavilədən əvvəl, “CMA CGM”-nin donanması ümumi tutumu 550 min TEU-dan çox olan 49 konteynerdaşıyan gəmidən ibarət idi.